Cavid Qurbanov “Rabitəçilər”x9də çempionluq kuboku təqdim etdi- FOTO/VİDEO

Cavid Qurbanov “Rabitəçilər”x9də çempionluq kuboku təqdim etdi- FOTO/VİDEO

Hazırda oxunan: Cavid Qurbanov “Rabitəçilər”x9də çempionluq kuboku təqdim etdi- FOTO/VİDEO

173406
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017-ci il mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qadınlar arasında Super Liqanın son turundan sonra baş tutan tədbirdə çempionat iştirakçıları meydana dəvət olunub.

“Azəryol”x9d bürünc, “Azərreyl”x9d gümüş, “Telekom”x9d qızıl medallarla mükafatlandırılıb. Onlara medalları Azərbaycan Voleybol Federasiyasının rəsmiləri veriblər.

“Telekom”x9da qızıl medalları federasiyanın prezidenti Cavid Qurbanovla gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. “Rabitəçilər”x9də çempionluq kuboku da verilib. Onu isə Cavid Qurbanov və AVF-nın vitse-prezidenti Faiq Qarayev təqdim edib.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017-ci il mövsümünün simvolik yığması açıqlanıb. Tarixində ilk dəfə olaraq qızıl medallara yiyələnən “Telekom”x9dun 2 oyunçusu bu komandada yer alıb.

Belə ki, yarışın ən dəyərli voleybolçusu (MVP) adını Yelizaveta Səmədova qazanıb. O, bu titulu ötən il “Azərreyl”x9ddə oynamış Madison Kinqdondan təhvil alıb. Yığmamızın hücumçusu bununla kifayətlənməyib. Səmədova 9 nominasiyadan 3-də bütün rəqiblərini qabaqlayıb. “Telekom”x9dun kapitanı MVP olmaqla yanaşı, ən yaxşı hücumçu və topu ən yaxşı oyuna daxil edən də seçilib.

Onun komanda yoldaşı Olena Həsənova isə blokçular arasında ən güclü olduğunu göstərib.

Çempionatın bombardiri bürünc mükafatçı Yelena Yakimçuk (“Azəryol”x9d) olub. “Azəryol”x9dun digər üzvü Yuliya Kərimova isə 2 - ən yaxşı libero və ən yaxşı toppaylayıcı mövqedə birinci olub.

Ümumilikdə, “doqquzluq”x9dda çempion “Telekom”x9d, həmçinin ikinci yeri tutan “Azərreyl”x9d və bürünc medalçı “Azəryol”x9d 2 oyunçu ilə təmsil olunub.

Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO