Səudiyyə Ərəbistanı Superkuboka görə Türkiyədən təzminat tələb edir

Səudiyyə Ərəbistanı Superkuboka görə Türkiyədən təzminat tələb edir

Hazırda oxunan: Səudiyyə Ərəbistanı Superkuboka görə Türkiyədən təzminat tələb edir

172085

Səudiyyə Ərəbistanı Futbol Federasiyası dekabrın 29-da baş tutmalı olan "Qalatasaray" və "Fənərbaxça" arasında Superkubok matçının ləğv olunması səbəbindən təzminat tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərəb rəsmilərin Atatürk formalı köynəklərin və plakatların stadiona buraxılmasına icazə verməməsi səbəbindən hər iki türk klubu matça çıxmaqdan imtina ediblər.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının bu qərara görə, Türkiyədən 40 milyon dollar təzminat tələb etdiyi bildirilir.
Baş verən qalmaqaldan sonra Türkiyə futbol ictimaiyyəti federasiya prezidentini istefaya səsləyiblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO