“Gəncə” rusiyalı legionerlə yollarını ayırdı

“Gəncə” rusiyalı legionerlə yollarını ayırdı

Hazırda oxunan: “Gəncə” rusiyalı legionerlə yollarını ayırdı

170471

“Gəncə” voleybol klubu heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb. 

Bizim.Media xəbər verir ki, komanda rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb. Məşqçilər korpusunun etimadını doğrultmayan voleybolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.

“Gəncə” klubu oyunçuya xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO