“Qarabağ” UEFA reytinqində xalımızı artırdı

“Qarabağ” UEFA reytinqində xalımızı artırdı

Hazırda oxunan: “Qarabağ” UEFA reytinqində xalımızı artırdı

166982

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb. 

Bizim.Media xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub. 

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb.
Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb. UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır. Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO