Avropa Oyunları: Taekvondoçularımız medalsız qaldı

Avropa Oyunları: Taekvondoçularımız medalsız qaldı

Hazırda oxunan: Avropa Oyunları: Taekvondoçularımız medalsız qaldı
143324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşada keçirilən 3-cü Avropa Oyunlarında taekvondo yarışları davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha 2 taekvondoçusu mübarizəyə qoşulub.

67 kq çəki dərəcəsində çıxış edən Fəridə Əzizova mübarizəyə 1/8 finalda Athanasiya Mitsopoulou (Yunanıstan) ilə üz-üzə gəlib. Qarşılaşma Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqibin finala çıxa bilməməsi Fəridənin bürünc medal şanslarının da sonunu gətirib.
74 kq-dakı Eltac Qafarov isə rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.

1/4 finalda serbiyalı Stefan Takovla üz-üzə gələn Eltac da ilk döyüşündən məğlub ayrılıb. Onun da rəqibi finala yüksələ bilmədiyi üçün Qafarovun bürünc medal şansı qalmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO