Fatih Tərimin yetirmələrinin taleyi sabah keçirilən oyunlardan asılıdır.
Fransada keçirilən futbol üzrə Avropa çempionatında “D”x9d qrupunun üçüncü turunun oyunları keçirilib.
Lans şəhərinin “Bollar-Delelis”x9d stadionunda Türkiyə və Çexiya yığmaları qarşılaşıblar. Oyun Fatih Tərimin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə Burak Yılmaz açıb. 65-ci dəqiqədə Ozan Tufan komandasının üstünlüyünü iki topa çatdırıb.
Paralel keçirilən oyunda Xoravatiya yığması İspaniyanı 2:1 hesabı ilə məğlub edib və “D”x9d qrupunun lideri kimi 1/8 final mərhələsinə yüksəlib. İspanlar 6 xalla ikinci pillədən play-off mərhələsinə vəsiqə qazanıblar.
Xallarının sayını üçə çatdıran Türkiyə yığmasının növbəti mərhələyə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.
Belə ki, Türkiyənin növbəti mərhələyə adlaması üçün, sabah “E”x9d qrupu çərçivəsində keçiriləcək İtaliya-İrlandiya və Belçika-İsveç qarşılaşmalarında ikincilər qələbə qazanmamalıdırlar.
































































































