“Araz Naxçıvan” “Neftçi”nin qapıçısını transfer EDƏ BİLƏR 

“Araz Naxçıvan” “Neftçi”nin qapıçısını transfer EDƏ BİLƏR 

Hazırda oxunan: “Araz Naxçıvan” “Neftçi”nin qapıçısını transfer EDƏ BİLƏR 

136853

Növbəti mövsüm yenidən Premyer Liqaya qayıdacaq “Araz-Naxçıvan” artıq indidən bəzi futbolçularla danışıqlara başlayıb.  

Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi daha çox Premyer Liqa klublarında heyətə düşə bilməyən futbolçularla maraqlanır.  

İlk növbədə qapıçı problemini həll etməyi düşünən Azər Bağırovun komandası “Neftçi”nin təcrübəli qolkiperi Aqil Məmmədovu transfer etmək istəyir.  

Əslən Naxçıvandan olan Məmmədovun özü də klubunu dəyişməyin əleyhinə deyil. Hazırda tərəflər arasında danışıqlar davam edir. “Araz Naxçıvan” həmçinin “Sumqayıt”ın yarımmüdafiəçisi Elşən Abdullayev və “Şamaxı”nın hücumçusu Amil Yunanovu da transfer etmək istəyir. 

Rəşad Rafiqoğu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO