Azərbaycanda dəhşətli qəzada ölənlərin sayı artdı  (YENİLƏNİB)

Azərbaycanda dəhşətli qəzada ölənlərin sayı artdı (YENİLƏNİB)

Hazırda oxunan: Azərbaycanda dəhşətli qəzada ölənlərin sayı artdı (YENİLƏNİB)

88626
Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində baş verən qəzada ölənlərin sayı artıb.

ANS PRESS-in məlumatına görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

***

Azərbaycanda toydan qayıdan ailə yasa düşdü. Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin ANS PRESS - ə verdiyi məlumata görə, hadisə bu gecə saat 04 radələrində qeydə alınıb.xa0

Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Əliyev Əli Xanlar oğlu idarə etdiyi "Opel Astra" markalı, 90- XJ- 976 dövlət nömrə nişanlı avtomobillə Quba istiqamətinə hərəkət edərkən texniki nasazlıq səbəbindən yolun kənarında dayanan "Mercedes" markalı, 90-TE-701 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsinə çırpılıb.

Qəza nəticəsində "Opel"də 6 nəfər olub. Onlardan 5-i hadisə yerində dünyasını dəyişib. Ölən şəxslər aşağıdakılardır.xa0

Əli Xanlar oğlu Əliyev - 1994-cü il təvəllüdlü
Məhəmməd Xanlar oğlu Əliyev - 1996-cı il təvəllüdlü
Tural Məhəbbət oğlu Rzayev - 1993- cü il təvəllüdlü
Xanlar Əziz oğlu Əliyev - 1970- ci il
Sabir Aslan oğlu Əliyev - 1977- ci il

Maşında olan sərnişinlərdən biri, 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub.xa0

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Sumqayıt Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, minik maşınında olanlar Bakıda toydan çıxaraq Quba rayonuna istirahətə gedirlərmiş.xa0

Xatırladaq ki, bu son iki gün ərzində baş verən ikinci ağır yol nəqliyyat hadisəsidir. Belə dünən Samux rayonu ərazisinə baş verən qəzada da 5 nəfər həyatını itirib, 6 nəfər xəstəxanaya yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO