Avtobus sürücüsündən həmkarına tükürpədici etiraz- FOTO

Avtobus sürücüsündən həmkarına tükürpədici etiraz- FOTO

Hazırda oxunan: Avtobus sürücüsündən həmkarına tükürpədici etiraz- FOTO

73780
Dəyərli oxucularımızdan biri Moderator.az-a bir fotomaterial göndərib. Sən demə, iki gün öncə "Montin bazarı"ilə  "28 May" metrostansiyası arasında hərəkət edən 24 saylı marşurut avtobusları sürücülərinin arasında yaşanan münaqişə az qala bədbəxt hadisə ilə nəticələnəcəkmiş. Son anda qəzadan qurtulmaq mümkün olub. Təsəvvür edin ki, sürücünün biri o boyda avtobusu yolun əks istiqamətinə çıxaraaq digərinin qarşısını kəsmək istəyib. Bu zaman avtobus enli və hündür bardura ilişərək orada qalıb. Nəticədə bir neçə dəqiqə yolda hərəkət dayanıb və sərnişinlər zor anlara yaşamalı olub...

Təbii ki, hadisə  "Yaşıl bazar"dan "Azərişıq" arasındakı dördyolda, düz DYP kameralarının altında baş verdiyindən faktı gizlətmək mümkün deyil. Həmin sürücünün necə cəzalandırılacağı bəlli deyil. Bəlli olan odur-sürücülər o qədər azğınlaşıb ki, onlar kameralara da əhəmiyyət vermirlər...
Avtobus sürücüsündən həmkarına tükürpədici etiraz- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4580.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO