Bu dəqiqələrdə Lerik rayonu ilə Masalı rayonu arasında dağlıq ərazidə yerləşən meşə zolağında güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, hadisə yeri dağlıq ərazi olduğu üçün oraya yanğınsöndürən maşınların qalxmasında çətinlik yaranır.
Bu səbəbdən də, yanğının söndürülməsi üçün aviasiya dəstəyindən istifadə olunur. Hazırda hadisə yerinə 2 helikopter cəlb olunub. Hazırda helikopterlər yanğın olan ərazidədir.
Qeyd edək ki, hava küləkli olduğu üçün yanğının söndürülməsində çətinlik yaranıb. Hazırda alovun ram edilməsi üçün işlər gedir.
































































































