Moderator.az FHN-nin saytına istinadən xəbər verir ki, ilk hadisə Bakının Suraxanı rayonunda baş verib.
Növbəti hadisələr isə ardıcıl olaraq Abşeron və Sabunçu rayonlarında baş verib.
Hər 3 hadisə nəticəsində FHN-nin 112 qaynar xəttinə məlumat verilib və dərhal hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub.
Xilasetmə qüvvələrinin yardımı ilə təcili yardım avtomobilləri təhlükəsiz əraziyə çıxarılıb və hadisənin baş verdiyi yer qardan və buzdan təmizlənib.
Əməliyyatlar 10.19, 02.10 və 02.23-də başa çatıb.






























































































