Cəmil Həsənli:

Cəmil Həsənli: "Belə getsə ölkəmizi alov bürüyəcək"

Hazırda oxunan: Cəmil Həsənli: "Belə getsə ölkəmizi alov bürüyəcək"

40783
Milli Şuranın sədri Cəmil Həsənli öz facebook səhifəsində dəhşət saçan bir alovlu yazı yazıb, Moderator.az onu oxucularına təqdim edir:
"Bu gün Məleykə Bayramlı adında daha bir Azərbaycan vətəndaşı şəhərin mərkəzində od vurub özünü yandırdı. Artıq biz hər gün insanların özünü yandırması haqqında məlumatlar alırıq. Qarabağ qazilərinin alov bürümüş bədənlərinin saçdığı atəş az qala ekranları da yandırsın. Bunları görməyən, özünü alova bürümüş insanların oduna qızındıranlar ölkəni bu vəziyyəti salmalarından utanmalıdırlar, bu atəşin onları da bürüyəcəyinin fərqində olmalıdırlar. Ölkənin dövlət idarəsində, məhkəməsində, polisində prokurorluğunda qanun görməyən, ədalət tapmayan insanlar çıxış yolunu oda tapınmaqda görürlər. Bu, dəhşətli faciədir. Belə getsə ölkəmizi alov bürüyəcək. Heç kəs özünü bu yanğın dalğasından uzaq hesab etməsin. Korrupsioner, kriminal idarəçiliyin yeritdiyi siyasətin tüstüsü bütün ölkəni bürüyür, alovu ərşü-əlayə qalxır. Yanan insanlardır. Görünür bu yanğın dalğası prezident aparatına çatana qədər İlham Əliyev dözümlülük göstərəcək, analoqsuz inkişaf haqqında nağılları təkrarlayacaq. Xalqdan səlahiyyət almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir iqtidarın siyasətidir yanan, indi insan qoxulu tüstüsü hər tərəfi bürüməkdədir. Azərbaycan vətəndaşının Azərbaycan neftindən nəsibi özünü alova bürüyəcək bir butulka benzin qədərdir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO