Moderador.az xəbər verir ki, hazırda 57 əməliyyata 398 min funt sterlinq xərcləyən Alves adlı qadın son prosedurların özünü yorğun və bədəninin qismən göyərməsinə səbəb olduğunu açıqlayıb, amma "gözəllik qurban tələb edir" - deyə belə çətinliyə qatlaşmağına peşman olmadığını bildirib.
xa0
"İdman etməyə çalışdım, amma bu, bədənimi çox incitdi. Bu səbəbdən gözəllik mərkəzinə 10 gün ərzində getdim və bədənimdən alınan üç litrlik yağı çıxardıb buduma yeritdirdim."xa0
Bu günə qədər 55 plastik cərrahiyyə və 107 prosedur yerinə yetirdiyini deyən qadın “qocalmaq istəmirəm və gözəl bir iş alındığını hesab edirəm" - deyə etdiklərinıə haqq qazandırmağa çalışıb..
Bu vaxta qədər 55 dəfə bıçaq altına girib

Alves yüzlərlə linzası olduğunu, ancaq əməliyyatla göz rəngini də daimi olaraq dəyişəcəyini deyir. Qadın dəyişən görünüşü ilə bağlı olaraq mənfi şərhlər aldığını, ancaq bu vəziyyətin onu heç narahat etmədiyini bildirib.
Başqalarına bənzəmək istəmirəm

“İnsanlar xa0mənim əcaib və əməliyyatdan asılı olduğumu deyir. Ancaq mən başqalarına bənzəmək istəmirəm. Dik dayanmaq istəyirəm. Bəziləri ağılsız olduğumu hesab edir, amma ağlı başında biriyəm. Mən gözəl doğulmamışam. Gənc ikən çox fiziki tənqid və ayrı-seçkilik yaşadım.Bu görünüşə sahib olduğum üçün özümü şanslı hesab edirəm".xa0
Kamran







































































































