Prokurorluq iki azyaşlının ölümünü təsdiqlədi

Prokurorluq iki azyaşlının ölümünü təsdiqlədi

Hazırda oxunan: Prokurorluq iki azyaşlının ölümünü təsdiqlədi
141677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Report.az saytının verdiyi məlumata görə, Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan rayon Mərkəzi Xəstəxanasının (MX) doğum şöbəsinə yerləşdirilib. Məlumata görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Məlum informasiyanı dəqiqləşdirmək üçün Moderator.az olaraq Salyan rayon prokurorunun köməkçisi Əbil Mirzəyevlə əlaqə saxladıq. Ə.Mirzəyev məlum informasiya ilə bağlı bütün detalları təsdiqləməsə də, uşaq ölümünün baş verdiyini təsdiqlədi:

“Hadisənin hansı şəraitdə baş verdiyi hələlik bəlli deyil. Lakin iki azyaşlı uşağın dünyasını dəyişməsi doğrudur. Hazırda məlum olayla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə lazımi məlumat veriləcək”x9d.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO