
- A-
- A
- A+
Hadisə
10:46 / 16.03.2016
1 dəq oxunma
İlham Əliyev Ərdoğanı təyyarədə Çərşənbə süfrəsinə dəvət etdi - VİDEO
Hazırda oxunan: İlham Əliyev Ərdoğanı təyyarədə Çərşənbə süfrəsinə dəvət etdi - VİDEO
126979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə birgünlük səfəri başa çatıb.
Azərbaycan prezidentinin yolasalma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən iştirak edib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa”x9d beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.
Sonra Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təyyarəsinə dəvət edib. Onlar Axır çərşənbə süfrəsi arxasında söhbət ediblər.
Qeyd edək ki, bu hal artıq ikinci dəfədir yaşanır. Azərbaycan prezidenti İlham Əliyev ötən il martın 17-də də Türkiyəyə - Qars şəhərinə işgüzar səfər etmişdi.O zaman da dövlət başçısı İlaxır çərşənbə münasibətilə Türkiyə prezidentini təyyarəyə çay süfrəsinə dəvət etmişdi.(turkustan.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































