
- A-
- A
- A+
Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU
Salyanda bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb.
Bizim Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bıçaqlanan şəxslər hazırda əməliyyat edilir.
"27.10.2026-cı il tarixdə saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir".
Qeyd edək ki, Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. Hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































