Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Hazırda oxunan: Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb
644532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Almatı şəhərində ən azı bir Škoda dilerinin Rusiya vətəndaşlarına avtomobil satışına qeyri-rəsmi qadağa qoyulub.

Bizim.Media xəbər verir ki, “Mash Money” maliyyə teleqram kanalının məlumatına görə, Qazaxıstanda yaşayış yeri və qeydiyyatı olan Rusiya vətəndaşlarına da avtomobil satılmır.

Kanalın məlumatına əsasən, dilerin əməkdaşları imtinanı Avropa İttifaqının sanksiyaları və Çexiya avtomobil istehsalçısının siyasəti ilə izah edirlər. Hətta milyonlarla təngə dəyərində olan avtomobil satışları da dayandırılır.

Qeyd olunur ki, Qazaxıstandakı dilerlər 2023-cü ilin yanvarında da Rusiya vətəndaşlarına avtomobil satışını məhdudlaşdırıblar. Həmin vaxt bəzi avtosalonlar müştərilərdən yaşayış icazəsi və ya Qazaxıstanın fərdi identifikasiya nömrəsini tələb edirdilər.

Milli Avtomobil İttifaqının vitse-prezidenti Anton Şaparin bu cür məhdudiyyətləri siyasi qərarla əlaqələndirib. Onun fikrincə, avtosalonlar bu satışların sanksiyalardan yayınma kimi qiymətləndiriləcəyi və istehsalçıların avtomobil tədarükünü dayandıracağı ehtimalından ehtiyat edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO