Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Hazırda oxunan: Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

113438
Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
xa0
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun xa0Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
xa0
Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Əvəz oğlu Əzizovun idarə etdiyi “Jeep”x9d markalı, 09 BJ 700 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu Muxax kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət İsa oğlu Orucovun idarə etdiyi “Mercedes”x9d markalı 62 BK 173 dövlət nömrə nişanlı avtomobil toqquşub.
xa0
Qəzada “Mercedes”x9din sürücüsünün qızı. 2010-cu il təvəllüdlü Aysu Orucova və bacıları, 1983-cü il təvəllüdlü Nüşabə Kələşova ilə 1971-ci il təvəllüdlü Zemfira Orucova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Yaralılardan Zemfira Orucova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin yardımdan sonra evə buraxılıblar.
xa0
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO