Hündürlükdən yıxılan 53 yaşlı kişi belə xilas EDİLDİ - VİDEO

Hündürlükdən yıxılan 53 yaşlı kişi belə xilas EDİLDİ - VİDEO

Hazırda oxunan: Hündürlükdən yıxılan 53 yaşlı kişi belə xilas EDİLDİ - VİDEO
146155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 53 yaşlı kişi hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1970-ci il təvəllüdlü Roma Qarayevin hündürlükdən yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq çökək ərazidə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
 


Hündürlükdən yıxılan 53 yaşlı kişi belə xilas EDİLDİ - VİDEO - foto 1
Hündürlükdən yıxılan 53 yaşlı kişi belə xilas EDİLDİ - VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO