“Zorakı hərəkətlərə yol verənlərin böyük əksəriyyəti “köhnə”x9d polislər olurlar”x9d

“Zorakı hərəkətlərə yol verənlərin böyük əksəriyyəti “köhnə”x9d polislər olurlar”x9d

Hazırda oxunan: “Zorakı hərəkətlərə yol verənlərin böyük əksəriyyəti “köhnə”x9d polislər olurlar”x9d

91681
Mingəçevirdə polis bölməsində vətəndaşın dünyasını dəyişməyi ilə nəticələnən hadisədən sonra mərhumun yaxınları ilə polis arasındakı qarşıdurma ondan xəbər verir ki, bu olayda günahları olanlar cəzalandırılamyınca sakitlik olamayacq. 

Elə Birinci Qarabağ savaşının iştirakçısı, hüquq müdafiəçisi Camal Əhmədov da Moderator.az - a açıqlamasında baş verənlərin ciddi araşdırılmasının zəruriliyini bildirir:

"Mingəçevir, Yevlax və Bərdədə əvvəllər də bənzər hadisələr baş vermişdi. Hətta buna görə polis zabitləri cinayət məsuliyyətinə cəlb olunmuşdu. Ümumilikdə götürdükdə isə adətən savadsız və təcrübəsiz polis əməkdaşları belə hallara yol verirlər. Məsələ ondadır ki, ilkin olaraq təhqiqatçılar izahat alırlar. Onların isə böyük əksəriyyəti ya prosessual hüquq normalarını ya bilmir, ya da məsuliyyətlərini dərk etmirlər. Təki ortaya etiraf çıxara bilsinlər. Etirafın isə digər sübutlarla təsdiq edilməsi zəruriliyindən xəbərsiz olurlar. Təcrübəli müstəntiqlər isə daha tədbirli hərəkət edirlər. Lakin son zamanlar Polis Akademiyasını bitirmiş məzunların böyük əksəriyyətinin prosessual normalara əməl etmələrinin şahidi oluruq. Zorakı hərəkətlərə yol verənlərin böyük əksəriyyəti "köhnələr" olurlar. Ümumiyytlə, bu hadisənin dəqiq təfərrüatlarını araşdırmaq lazımdır. Ortada ölüm faktı var. Belə halda fakta görə cinayət işi başlamaq yalnız prokurorluq orqanlarının səlahiyyətidir. Kifayət qədər sübutlar toplanıb obyektiv nəticə çıxarmadan ölümdə kimin təqsirli olmasını yazmaq və ya söyləmək öz - özlüyündə bir cinayət əməlidir. Media işçiləri olaraq polisi xalqa qarşı münasibətdə məsuliyyətli olmağa səsləməklə ictimai faydalı bir əmək sərf etmiş olarsınız".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO