Çindən gələn ilk konteyner qatarı Azərbaycana çatdı

Çindən gələn ilk konteyner qatarı Azərbaycana çatdı

Hazırda oxunan: Çindən gələn ilk konteyner qatarı Azərbaycana çatdı

88800
Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çinin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Çinin Şixezi şəhərindən iyulun 28-də çıxıb.

Bu barədə Moderator.az -a “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Qatarın avqustun 3-də səhər saat 10:00 radələrində bərə ilə Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması gözlənilir.

Qeyd edək ki, sınaq konteyner qatarının Azərbaycan ərazisinə çatması ilə əlaqədar qarşılama mərasimi olacaq.

Onu da əlavə edək ki, sözügedən qatar 82 ədəd 20 tonluq konteyner daşıyır və daşınan yük kaustik sodadır.

“Bu qatarların əhəmiyyəti ondan ibarətdir ki, yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər 6 gün təşkil edəcək”x9d, - deyə, N.Əzməmmədov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO