“Kürdəmirə çatmamış Azərbaycan radiosu itir və əvəzinə erməni radiosu gəlir”x9d

“Kürdəmirə çatmamış Azərbaycan radiosu itir və əvəzinə erməni radiosu gəlir”x9d

Hazırda oxunan: “Kürdəmirə çatmamış Azərbaycan radiosu itir və əvəzinə erməni radiosu gəlir”x9d

85102
Rusiyanın “Sputnik”x9d radiosunun ölkəmizdə yayımlanması cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna səbəb Sputnik”x9dradiosunun daxil olduğu “Rossiya seqodnya”x9d beynəlxalq informasiya agentliyinin baş redaktorunun erməni əsilli jurnalist Marqarita Simonyan olmasıdır. 
Simonyan Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən biridir. Ermənistan qarşısında göstərdiyi “xidmətlərə”x9d görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi" medalı ilə təltif edib. 

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az-a açıqlama verərək bu radionun ölkəmizə yayımlanmasına qarşı olduğunu bildirib:

“Bu radio Azərbaycana necə yayımlanır deyə bilmərəm, mən bu sahənin mütəxəsisi deyiləm. Bakı-Qazax yolu ilə gedirsən, birdən Kürdəmirə çatmamış tezlikdə Azərbaycan radiosu itir və əvəzinə erməni radiosu gəlir. Bəlkə də bunun kimi bir texniki səbəblərdən bu radio ölkəmizə yayımlanır. Amma səbəb nə olur - olsun, bu radio Azərbaycanda yayımlamamalıdır, məsələ araşdırılaraq radionun Azərbaycana yayımı dayandırılmalıdır.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO