“Gürcüstanın orta məktəb kitablarında ərazilərimiz gürcü torpaqları kimi göstərilir”x9d

“Gürcüstanın orta məktəb kitablarında ərazilərimiz gürcü torpaqları kimi göstərilir”x9d

Hazırda oxunan: “Gürcüstanın orta məktəb kitablarında ərazilərimiz gürcü torpaqları kimi göstərilir”x9d

84593

Moderator.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli bir müddət öncə Tiflisdə azərbaycanlılarla bağlı yaşanan olaya münasibət bildirib:

“Gürcüstanın paytaxtı Tiflisdə baş verən hadisə adi hadisə deyildir. Ölkəmizin bayrağl təhqir olunur, azərbaycanlı azərkeşlər döyülür və Azərbaycana ərazi iddiası ilə bağlı plakatlar havaya qaldırılır. Təəssüf ki, Azərbaycanın rəsmi mətbuat orqanları bunu görmürlər. Bu nədir? Qudurublarmı? Bizdən alıb yeyir və qudururlar. Azərbaycanın yardımı olmasa aclarından qırılarlar. Özümüz benzini baha aldığımız halda, onalara güzətlə satırıq. Bu da onların sağ ol deməyi.

Gürcülərin bizə torpaq iddiası indinin söhbəti deyildir. Sadəcə olaraq, indi birbaşa üzə çıxardılar. Onlar Azərbaycanın Zaqatala, Qax, Şəki bölgəsinə iddialıdırlar. Onların orta məktəb kitablarında bu ərazilər gürcü torpaqları kimi təqdim olunur. Onların orta məktəblərində şagirdlərə təqdim olunan xəritələrdə Azərbaycanın böyük hissəsi gürcü torpağı kimi verilir. Azərbaycan türkləri isə gəlmə kimi təqdim olunur. Bir neçə il bundan qabaq Borçalı ərazilərində oldum. Orada Azərbaycan dilində olan məktəblər bağlanır. Abdallar kəndindəki məktəb tövləyə oxşayırdı. Bizimkilər gedib Pakistanda orta məktəb tikdirirlər, Balkanlarda körpülər saldırırlar, Vatikanı təmir edirlər, amma Borçalıda məktəblər viranə gündədir. Nə edək? Gözləyək, onları da Qərbi Azərbaycandakı kimi qovsunlar? Hələ indiyə qədər gürcülərin atdığı addıma qarşı bir rəsmi açıqlama yoxdur. Hanı Mili Məclisdəki Azərbaycan-Gürcüstan dostluq komissiyasının deputatları? Bizim Xarici İşlər Nazirliyi Gürcüstandan açıqlama tələb etməlidir. Gürcüstan isə rəsmən üzr istəməli, günahkarları cəzalandırmalıdır. Bizim televiziyalarda gecə-gündüz Almaniyanı söyürlər. Amma Almaniyada nə azərbaycanlıları döyüblər, nə də bizə ərazi iddiası irəli sürürlər. Grücüstana isə söz deməyə çəkinirik. Adam lap məəttəl qalır!”x9d

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO