Schlumberger neft şirkətilə ADNA arasında əməkdaşlıq müqaviləsi imzalandı

Schlumberger neft şirkətilə ADNA arasında əməkdaşlıq müqaviləsi imzalandı

Hazırda oxunan: Schlumberger neft şirkətilə ADNA arasında əməkdaşlıq müqaviləsi imzalandı

75231
Bu gün məşhur Schlumberger (Şlyumberje) neft şirkətinin Bakı ofisinin nümayəndələri ADNA-da oldular. Fiziki üsullar üzrə mütəxəssis, professor Martin Lulinq başda olmaqla qonaqlar ADNA-nın rektor vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanovla görüşdülər.
Görüş çərçivəsində firmanın nümayəndələrilə ADNA arasında bir sıra müqavilələr imzalandı. Müqaviləyə əsasən, Schlumberger şirkəti ADNA-ya geologiya və neft-mədən işində tətbiq olunacaq müasir kompyuter proqramlarını bağışlayacaq. Yeni proqramı tələbələrə təqdim etmək, öyrətmək üçün ADNA-nın bir neçə müəlliminə sseminarlar keçirilməsi nəzərdə tutulur. Schlumbergerin nümayəndələri ADNA-ya neft-mədən və geofiziki avadanlıqlar verəcəklər. Eyni zamanda danışıqlar çərçivəsində şirkətin yay təcrübəsində iştirak edən tələbələrin sayının artırılması da nəzərə alınıb. Qeyd edək ki, əvvəldən əldə olunan müqaviləyə görə yay təcrübəsində ADNA tələbələrinin sayı 10-15 nəfər olub.
Professor Vaqif Qurbanovla görüşdən sonra qonaqlar Qaz-neft mədən fakültəsində oldular. Dekan dosent Vahid Mustafayev qonaqları fakültədə görülən işlər və perspektivlərlə tanış etdi. Professor Martin Lulinq tələbələrə neft-qaz, müasir geofizikaya aid mühazirə dedi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO