Moderator.az xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov modern.az-a açıqlamasında deyib.
Bu ilin fevralında “Azəryolservis”x9d Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin sədri təyinatını Ziya Məmmədova qarşı atılmış addım kimi dəyərləndirənlərə E. Məmmədov belə cavab verib:
“Bir halda ki, belə fikirlər səsləndirirlər, o zaman onlara qısa və lakonik cavab vermək istəyirəm: dövlət başçısının istənilən sərəncamına hər bir vətəndaş hüquqi-dünyəvi dövlət olan Azərbaycanda yaşayan insan kimi yaxşı baxmalıdır və müzakirə etməməlidir. Təyinat alana can sağlığı arzu edirəm. Allah cənab prezidentimizi bizə çox görməsin”x9d.
































































































