Avropa Birliyi son hesabatında Azərbaycanda korrupsiyanın mövcud durumu ilə bağlı rəsmi Bakının ünvanına sərt ittihamlar səsləndirib. Hesabatda korrupsiyaya qarşı mübarizə məqsədi ilə ölkədə bütöv strukturların yaradılmasına baxmayaraq, korrupsiyanın səviyyəsinin yüksək olduğu qeyd edilib.
Avropa Birliyinin məlum
hesabatı Azərbaycandakı siyasi dairə və təşkilatlar tərəfindən heç də birmənalı
qarşılanmayıb. Belə ki, müxalifət düşərgəsi hesabatı tamamilə obyektiv hesab
etsə də, Avropa Birliyini qərəzçilikdə ittiham edənlər də az deyil.
Məsələ ilə bağlı Moderator.az
saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Konstitusiya”x9d Araşdırmalar
Fondunun prezidenti Əliməmməd Nuriyevin Avropa Birliyinin hesabatında
yer alan fikirlərin həqiqətdən uzaq olduğunu bildirib:
“Ola bilsin ki, Avropa
İttifaqı bu məsələ ilə bağlı hesabat hazırlayarkən ya yetərincə məsələnin
mahiyyətini öyrənməyib. Ya da ki, bu qurumun ekspertləri məqsədli şəkildə məsələyə
qərəzli yanaşıblar. Öncə onu deym ki, Avropa İttifaqının öz hesabatında da göstərilir
ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədi ilə bütün strukturlar
yaradılıb. Bu strukturlardan biri ASAN xidmətdir. ASAN xidmət dövlət orqanları
tərəfindən həyata keçirilən xidmətlərin vahid bir məkanda, şəffaf şəkildə
reaalaşmasını təmin edir. ASAN xidmət həm də mobil surətdə fəaliyyət göstərir. Bu
ortamda hər hansı bir korrupsiyanın baş verməsi qeyri-mümkündür. ASAN xidmətdən
istifadə edənlərin sayı milyonlarla ölçülməkdədir. Lakin bu vaxta qədər bu xidmətdən
istifadə edənlərdən bir nəfər də olsun xidmətin fəaliyyətindən narazılığını
bildirməyib. Kimsə deməyib ki, burada ya onlarla kobud rəfdar ediblər, ya
vaxtında sənədlər verilməyib, ya hansısa qeyri-qanuni tələblər səslənib və s. Hər
kəs bu xidmətdən razıdır. Bu xidmət bütün ölkəni əhatə edir”x9d.
Ə.Nuriyev korrupsiya
hallarının önləmək üçün görülən digər tədbirlərə də diqqət çəkib: “Korrupsiyaya
qarşı mübarizənin əsas şərtlərindən biri də məmur-vətəndaş təmasını minimuma
endirməkdir. Bu, korrupsiya sövdələşmələrinin qeyri-mövcudluğuna tam təminat
verir. Bu, bütöv bir sistemdir. Avropa İttifaqının hesabatında bu barədə heç nə
deyilmir. Hətta Avropa İttifaqının bir sıra ölkələri də Azərbaycanda ASAN xidmət
modelinin öyrənilməsi ilə bağlı təcrübə mübadiləsi aparıblar və bu gün də
aparmaqda davam edirlər. Bütün beynəlxalq təşkilatlar da ASAN xidmətin
korrupsiya hallarını aradan qaldırmaqdakı rolunu qeyd edib”x9d.
Ə.Nuriyev prokurorluq
orqanlarının bu sahədəki əməyinin də danılmaz olduğunu vurğulayıb: “Ikinci amil
ondan ibarətdir ki, ildən ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi tərəfindən korrupsiya ilə bağlı
araşdırılan cinayət işlərinin sayı artmaqdadır. Bu bir tərəfdən korrupsiya sövdələşmələrinin
qarşısının cinayət təqibi vasitəsi ilə alındığını göstərir. Həm də korrupsiyaya
qarşı aparılan mübarizənin miqyasını göstərir. Korrupsiya cinayətləri ilə bağlı
məhkəmə hökmlərinin sayı da korrupsiyaya qarşı hansı miqyasda mübarizə
aparıldığını göstərir. Vəzifəcə daha böyük məmurların məsuliyyətə cəlb edilməsi
faktlarının çoxluğu da korrupsiyaya qarşı mübarizənin göstəricisidir. Bu,
mübarizənin effektiv, səmərəli formada aparıldığını təsdiqləyir”x9d.
Ekspertin sözlərinə görə,
elektron hökumətə keçid də korrupsiyaya qarşı mübarizə çərivəsində atılan mühüm
addımlardan biridir:
“Ən vacib məsələlərdən
biri də elektron hökumətə keçidlə bağlı məsələdir. Xidmətlərin elektron qaydada
aparılması korrupsiyaya qarşı mübarizə məqsədi ilə həyata keçirilən mütərəqqi
bir addımdır. Bu gün Azərbaycanda 600-ə yaxın xidmət elektron xidmətə keçib.
Elektron hökumət portalı yaradılıb. Müxtəlif sahələr üzrə də bu cür portallar formalaşıb.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məsələ tamam avtomatlaşdırılıb. Əmlak Məsələləri
üzrə Dövlət Komitəsi tərəfindən 31 xidmət elektronlaşdırılıb. Bu da
korrupsiyaya qarşı mübarizənin vacib elementlərindən biridir. Ədliyyə, Vergilər,
İqtisadi İnkişaf Nazirlikləri, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən
xidmətlərin tam elektronlaşdırılması prosesi başa çatmaq ərəfəsindədir. Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya şəffaf şəkildə fəaliyyət göstərən bir
qurumdur. Burada hansısa korrupsiya sövdələməsi üçün ümumiyyətlə imkan yoxdur.
Yerli icra hakimiyyətlərində
də elektronlaşma prosesi gedir. Nazirlərin yerlərdə ictimai qəbullar keçirməsi,
problemlərin yerlərdə həlli hökumətin korrupsiyaya qarşı mübarizə iradəsini
göstərən faktlardır. Ölkə başçısı dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə
bağlı aydın mesajlar səsləndirib. Məmurlara bununla bağlı tapşırıqlar verib. Bütün
bunlar göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məsələsində möhkəm
iradə var”x9d.
Ə.Nuriyevin sözlərinə görə,
aparılan araşdırmaların nəticəsi də korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə
olduğunu göstərir:
“Şəffaflıq Azərbaycan”x9d təşkilatı
ilə birlikdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət
proqramının monitorinqini həyata keçiririk. Əldə edilən nəticələr də göstərir
ki, dövlət tərəfindən qəbul edilən proqramın icrası istiqamətində əhəmiyyətli
irəliləyişlər var. Əmlakın reyistri, sahuibkarlıq, dövlət qulluğuna qəbulla
bağlı məsələlərdə ciddi irəliləyişlər mövcuddur. Bizim hesablamalarımıza görə,
həmin proqramın bitməsinə bir il qalmasına baxmayaraq, proqramın 69,5%-i icra
olunub. Bu, ciddi bir göstəricidir. Korrupsiyaya qarşı mübarizə bütün sahə və
sektorları əhatə edir.
Avropa Birliyinin öz
hesabatında kimlərin məlumatına istinad etdiyini bilmirəm. Təəssüflər olsun ki,
bəzi beynəlxalq təşkilatların hesabatında da mühüm həqiqətlər, o cümlədən
korrupsiyaya qarşı mübarizə ilə bağlı mövcud siyasi iradə faktoru nəzərə
alınmır. Vətəndaş cəmiyyətlərinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət
imkanlarının genişləndirilməsi də hesabatlarda öz əksini tapmır. Halbuki,
bunlar vacib amillərdir. Xarici sərmayənin Azərbaycana qoyuluşu da ölkədə
korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə olduğunu göstərir. Çünki o yerdə
ki, korrupsiya var, ora heç kim sərmayə qoymur. Bütün bunlar onu göstərir ki,
bu hesabatlar bir çox hallarda səthi və tamamlanmamış məlumatlara əsaslanır.
Burada qərəzlilik də mövcuddur. Onlar korrupsiyanın səviyyəsini yüksək göstərməklə
həm də ölkəmizə təzyiqlər göstərmək istəyirlər. Başqa sözlə desək, burada
siyasi çalarlar da mövcuddur. Hesabat hazırlanarkən müəlliflər bütün maraqlı tərəflərin
mövqeyini öyrənməlidirlər. Yalnız bu halda obyektiv hesabat ortaya qoymaq
mümkündür”x9d.
Seymur Əliyev































































































