Azərbaycan xalqının dünya şöhrətli ziyalısı, professor Rafiq Əliyev Moderator.az-ın iki illik yubileyi münasibəti ilə saytımızı təbrik edib. Təbrik müraciətində deyilir:
“Ad gününüzü, iki
yaşınızı təbrik edirəm. Yaşınızdan çox böyüdünüz. Yaşınızdan çox qabağa
getdiniz. Görünür bu, sizin
intellektinizlə əlaqədardır. Bir də yaşınızdan çox ucaldınız. Yəqin ona görə
belə ucaldınız ki, qabağı yaxşı görəsiniz. Həmişə sizə bu yolda böyük uğurlar
arzu edirəm. Arzu edirəm ki, daim qabağa baxasınız. Siz hamıya, cəmiyyətin
geniş spektri üçün açıqsınız. Qərəzsizsiniz. Və nəhayət sizə ləyaqətli qocalıq
arzu edirəm”.































































































