Son vaxtlar avtomobillərin ön və arxa şüşəsinə dövlət gerbi və ya bayrağı yapışdırılması halları tez-tez müşahidə ediılməkdədir. Maraqlıdır, dövlət simvollarından avtomobillərdə bu şəkildə istifadə düzgündürmü? Bununla bağlı qanunda hansısa məhdudiyyət varmı? Yol polisi bu cür hallara müdaxilə edə, sürücüləri hansısa formada cəzalandıra bilərmi?
Bununla
bağlı Moderator.az-ın sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bununla bağlı
qanunvericilikdə konkret maddənin nəzərdə tutulmadığını bildirsə də, bu cür
halların arzuedilməz olduğunu vurğuladı:
“Görüntünü
məhdudlaşdıran hansısa yazı, reklam yazısı və s varsa, bu halda onların tətbiqinə
icazə verilmir. Əgər kimsə avtomobilində dövlət bayrağı asırsa və bu, görüntünü
məhdudlaşdırmırsa, o zaman qanunvericiliklə buna müdaxilə etmək üçün əsas
yoxdur. Lakin şübhəsiz ki, dövlət
atributunun hər adamın avtomobilinə yapışdırması düzgün deyil. Dövlət
atributlarından, gerbdən ancaq xüsusi operativ nəqliyyat vasitələrində, dövlət
təşkilatlarına məxsus avtomobillərdə bu şəkildə istifadə mümkündür. Lakin kim gəldi
avtomobilin harasına istəyirsə gerb və ya bayraq yapışdırsın, bu yolverilməzdir.
Doğrudur, qanunvericilikdə bununla bağlı konkret müddəa yazılmayıb. Bununla bağlı
konkret maddə yoxdur. Qanunvericilikdə sadəcə reklam xarakterli yazı və şəkillərlə bağlı
müdaxilə halı nəzərdə tutulub Amma bütün hallarda dövlət atributlarından bu şəkildə
istifadə doğru sayıla bilməz. Bu atributlar ona görə yaradılmayıb ki, kim necə
istəyir istifadə etsin. Kiminsə dövlətə məhəbbbəti varsa, bunları özünə görünən
formada avtomobilinə qoya bilər. Lakin bunu avtomobilin şüşəsinə yapışdırmaq
düzgün deyil”.
Seymur
Əliyev



























































































