Xəbər verdiyimiz kimi, Moderator.az-a Abşeron Rayon Polis Şöbəsinin rəis müavininin və daha bir əməliyyatçının həbs edilməsi ilə bağlı məlumat daxil olub. Bununla bağlı saytımıza açıqlama verən DİN-nin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bu barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:
“ARPŞ-nin
rəis müavininin həbs edilməsi ilə bağlı yayılan xəbərin heç bir əsası yoxdur.
Adıçəkilən polis şöbəsində hansısa polis əməkdaşının həbs ilə bağlı heç bir əməliyyat
reallaşmayıb və bu barədə deyilənlər həqiqətdən uzaqdır”.





























































































