Turistlər Azərbaycanda 30 gün kef edəcəklər...

Turistlər Azərbaycanda 30 gün kef edəcəklər...

Hazırda oxunan: Turistlər Azərbaycanda 30 gün kef edəcəklər...

56011
“Turizm haqqında” qanun nəzərdə tutulan yeni dəyişikliyə əsasən  turistlər Azərbaycanda 30 günədək qala biləcəklər. 

Moderator. az-a Milli Məclin iqtisadi siyasət komitəsindən verilən məlumatda deyilir ki, “Turizm haqqında” qanuna bir sıra dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklər əsasən Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı olaraq uyğunlaşdırmaların aparılması ilə yanaşı  bir sıra yeniliklərdən ibarətdir. 
Dəyişikliyə əsasən ölkəyə gələn turist 30 gün müddətində ölkədə qala bilər və səfərin məqsədi barədə  məlumatlar verilməlidir. Ölkəyə gələn turistlərə tursim şirkətləri vasitəsi ilə elektron viza alamq hüququ veriləcək. Elektron viza alamaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında  fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya  yaşadıqları ölkələrdə  həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Elektron vizanın verilməsi qaydası isə Azərbaycanın Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO