Türkiyə MS müstəşarı: “Azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim

Türkiyə MS müstəşarı: “Azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim"

Hazırda oxunan: Türkiyə MS müstəşarı: “Azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim"

54992
“İŞİD amerikalı jurnalistlərin başını kəsərkən düşünürük ki, dünya buna qarşı nə isə etməlidir”.

Bunu bu gün I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində keçirilən “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir söyləyib.
 
İsmail Demir bildirib ki, güclü dövlətlər ədalətsizlik hissi yaratmamalıdırlar: “Adi insanlarda ədalət hissləri var, dövlət başçıları, siyasətçilər isə bəzən bu hissi itirirlər. Biz hamımız günahsız insanların öldürülməsinə, onlara işgəncə verilməsinə qarşı çıxış etməliyik. Mən 1990-cı ildə azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim”.
 
Türkiyənin Azərbaycana qardaş dövlət olduğunu deyən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev isə bildirib ki, böyük dövlətlər tərəfindən Azərbaycana qarşı ədalətli yanaşma olmayıb: “Biz dövlətimizə, xalqımıza, qardaşlarımıza arxayınıq”.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO