Moderator.az həmin statusu olduğu kimi oxucularına təqdim edir. Heç şübhəsiz, qarşı tərəf də bu sürprizə adekvat reaksiya bildirəcək və beləliklə AXC-nin yaranmasının 25 illik yubileyi növbəti münaqişənin əsasını qoyacaq:
"İsa bəy Cəbhə üzvləri və cəbhə daxili bütün qruplar arasında böyük nüfuza malik idi. Əbülfəz Elçibəy AXC- nin yaranmasında ən böyük xidməti olan şəxsin İsa Qəmbər olduğunu sonralar dəfələrlə qeyd etmişdi. Təsis konfransının hazırlanması və keçirilməsi işini koordinasiya edən (faktiki olaraq təşkilati məsələlərə rəhbərlik edən ) İsa Qəmbər AXC orqanlarına namizədlər barədə təklifləri Təşəbbüs Mərkəzi və ya Koordinasiya Şurası adından yox, şəxsən öz adından verirdi.
Pənah Hüseyn"
































































































