Oğulları batan ata və ana özlərini kanala atmaq istədi

Oğulları batan ata və ana özlərini kanala atmaq istədi

Hazırda oxunan: Oğulları batan ata və ana özlərini kanala atmaq istədi

49443
13 yaşlı Elnur Seyfulla oğlu Zəkiyevin cəsədi hələ də axtarılır 


Siyəzəndə kanalda batan qardaşlardan birinin cəsədinin axtarışı hələ də davam edir.

Moderator.az-ın xəbərinə görə, bu barədə ANS PRESS-ə Siyəzən rayon icra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev məlumat verib. O, kanalda batan 12 yaşlı Rəvan Seyfulla oğlu Zəkiyevin cəsədinin ötən gün tapıldığını, onun qardaşı 13 yaşlı Elnur Seyfulla oğlu Zəkiyevin cəsədinin tapılması istiqamətində hazırda axtarış əməliyyatlarının davam etdiyini bildirdi.

"Siyəzən Rayon Fövqəladə Hallar İdarəsinin və yerli Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə cəsədin axtarışına başlanılıb. Ötən gün kanala suyun verilməsi dayandırılmışdı. Bu gün isə kanala su verilib. Bəlkə indi harasa ilişib-qalan cəsədi su yuyub üzə çıxarar”.

Bölgə müxbirimizin verdiyi məlumata görə, cəsədi tapılmayan Elnur Zəkiyevin valideynləri ötən gün özlərini həmin kanala atmaq istəyiblər. Amma onların bu niyyətlərinin qarşısı tez bir zamanda alınıb.

Qeyd edək ki, 4 iyulda axşam saat 19:30 radələrində iki azyaşlı qardaş Elnur Seyfulla oğlu Zəkiyev və Rəvan Seyfulla oğlu Zəkiyev Siyəzəndə Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanalda batmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO