Böhrana səbəb olan ABŞ gəmisi Qara dənizə keçdi

Böhrana səbəb olan ABŞ gəmisi Qara dənizə keçdi

Hazırda oxunan: Böhrana səbəb olan ABŞ gəmisi Qara dənizə keçdi

44837
ABŞ donanmasının "USS Taylor" gəmisi 43 günlük fasilədən sonra Çanaqqala boğazından Qara dənizə keçib. 

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ hərbi gəmisində nasazlıq yarandığı üçün ərazidə 21 gün artıq qalmışdı. Bu vəziyyət Rusiyanin sərt reaksiyasına yol açmışdı. 
"USS Taylor" ABŞ donanmasının 2014-cü ildə Qara dənizə göndərdiyi ilk gəmidir. Fevral ayında Soçidə keçirilən Olimpiadada təhlükəsizliyi təmin etmək üçün göndərilən  gəmidə nasazlıq yaranmışdı. 
Təmiri uzun müddət davam edən gəmi Montrö müqaviləsinin şərtlərinə əsasən 21 gün müddətini keçmişdi. 
Rusiya isə Türkiyəni "Montrö" müqaviləsinin şərtlərini pozmaqda günahlandırırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO