Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, imtahan saat 10:00-da Bakı Slavyan Universitetinin binasında başlanmış və 3 saat ərzində aparılıb.
İmtahan nəticələri elə həmin gün ”“ martın 2-də Komissiyanın internet saytında yerləşdirilib.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.
Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 4 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 155 namizəddən 63 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 93 bal olub.




































































































