"Qoststandart"dan daha bir yenilik

Hazırda oxunan: "Qoststandart"dan daha bir yenilik

41490

Moderator.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunmuşdur

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunmuşdur. TÜRKAK mütəxəssislərinin AzTEST-də apardıqları 2 mərhələli auditin nəticəsində mərkəzin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanının fəaliyyətinin İSO 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi, idarəetmə sistemlərinin sertifikatlaşdırılması və auditini keçirən orqanlara tələblər” standartının tələblərinə uyğun qurulduğu barədə rəy verilmişdir. İSO 17021:2011 beynəlxalq standartı əsasında beynəlxalq akkreditasiya sənədi almış orqanlar müəssisələrdə idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində sertifikatlaşdırılmasını həyata keçirə bilərlər.

Akkreditasiyanın əhatə etdiyi sahələrə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq, metal olmayan metallurgiya məhsulları, maşın və təchizat, təsnifatlaşdırılmayan digər məhsulların istehsalı, topdan və pərakəndə ticarət,  mühərrikli vasitələr, motosikl, şəxsi əşyalar və ev əşyalarının təmir edilməsi, maliyyə işlərində vasitəçilik, ərazi və əmlak işləri, icarə götürmə, dövlət idarəetməsi və digər sosial xidmətlər daxil edilmişdir. Beləliklə, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı adıçəkilən sahələr üzrə fəaliyyət göstərən müəssisələrə İSO 9001:2008 beynəlxalq sertifikat vermək səlahiyyətləri əldə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO