AXCP-Müsavat danışıqları bitdi

AXCP-Müsavat danışıqları bitdi

Hazırda oxunan: AXCP-Müsavat danışıqları bitdi

38250
Xəbər verdiyimiz kimi AXCP qərargahında baş tutan AXCP-Müsavat görüşü bitdi. Görüşdən sonra ilk açıqlamanı Müsavat Partiyası başqanı verdi: : “Biz Xalq Cəbhəsi rəhbərliyi ilə ölkədəki siyasi-ictimai durumumu ,Azərbaycanının avrointeqrasiya dəyərlərini müzakirə etdik. Milli Şura və  İctimai Palata haqqında fikir mübadiləsi aparıldı. Biz hesab edirik bütün bu birliklərin davamı kimi onu qeyd edə bilərəm ki. AXCP və Müsavat Partiyası  arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklif irəli sürdük. Düşünürük ki. bu məsləhətləşmələr davam edəcək. Sonrakı görüşlərdə təkliflər dəyərləndiriləcək. Sabah KXCP ilə saat 1-də görüşümüz olacaq. ”
 Daha sonra AXCP sədri görüşlə bağlı jurnalistlərin bir neçə suallarını cavablandırdı: “Bu günkü görüşdə biz Müsavat Partiyası ilə siyasi-ictimai mövzuları, Milli Şuranın mitinq müzakirələrini apardıq. İstənilən halda AXCP ilə Müsavat Partiyasının məsləhətləşmələri pozitiv məsələdir. Bu günə qədər də vaxtaşırı məsləhətləşmələrimiz oldu. Görüşdə Müsavat Partiyası müttəfiqlik sazişinin bağlanmasını təklif etdi. Bununla bağlı növbəti görüşlərimizdə qərar verəcəyik. ” Daha sonra AXCP sədri Müsavat Partiyasının Milli Şurada qalmasını dəstəklədiyini bildirdi: “ Milli Şuraya bizim dəstəyimiz birmənalıdır. Biz hesab edirik ki, Müsavat Partiyasını biz bundan sonra da görürük və hesab edirik ki, Müsavat Partiyası  Milli Şurada qalıb fəaliyyət göstərməsi daha doğru olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO