“Elektron Hökumət” yüz mini keçdi...

“Elektron Hökumət” yüz mini keçdi...

Hazırda oxunan: “Elektron Hökumət” yüz mini keçdi...

37195

 Son zamanlar Azərbaycan hökumətinin əsas məqsədlərindən biri kimi, vətandaşlara göstərilən xidmətlərin rahat və operativ çatdırılması məsələsi ön plana çəkilir. Bu məqsədlə  göstərilən xidmətlərin rahat əldə olunması üçün müxtəlif tədbirlər görülür, o cümlədən təqdim olunan  xidmətlər elektronlaşır və nəticə kimi hökumətlə vətəndaş arasında münasibətlər yüksək templə elektron məkana keçir. Bu tədbirlər sırasında məmur və vətandaş arasında operativ əlaqələrin yaradılması vacib məsələlərdən biri hesab edilir. Bu səbəbdən də bir çox dövlət xadimləri və təşkilatları müxtəlif sosial şəbəkələrdə öz səhifələrini yaradırlar.

 Facebook sosial şəbəkəsi isə bunların arasında ətrafına daha çox istifadəçi toplaya bilib. Facebook öz-özlüyündə elə bir ideologiya həyata keçirir  ki, insanların bir-birləri ilə dostlaşması və məlumat paylaşılması üçün ən ideal bir məkana çevrilib

Bu gün “Elektron Hökumət” Portalının facebook səhifəsi                            (" www.facebook.com/egov.az)   dövlət qurumları və müəssisələri arasında 100 000 izləyici səddini keçən ilk dövlət müəssisəsinin səhifəsidir.

 İzləyicilər səhifə vasitəsilə Elektron Hökumət quruculuğunda həyata keçirilən işlər barədə məlumatlarla tanış ola bilər, həmçinin elektron xidmətlərlə bağlı yaranan sualların operativ cavablandırılması üçün səhifənin inzibatçılarına ünvanlaya bilərlər.

Qeyd edək ki, “Elektron hökumət”  Portalı- dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO