Mansur İbrahimov: “Tələbələrin rəyləri nəzərə alınacaq”

Mansur İbrahimov: “Tələbələrin rəyləri nəzərə alınacaq”

Hazırda oxunan: Mansur İbrahimov: “Tələbələrin rəyləri nəzərə alınacaq”

35504

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri test üsulu ilə imtahanın ləğv olunmasına etiraz olaraq universitetin həyətində aksiya keçiriblər. Gün ərzində bu xəbərin gündəmin əsas mövzulaından olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri  Mansur İbrahimov isə Moderator.az-a verdiyi açıqlamada yaranan vəziyyəti anlaşılmazlıq adlandırıb:

“Bizim universitetdə 2007 -ci ildən başlayaraq imtahanlar kompüter  və test üsulu ilə aparılıb . Testin  üstün cəhəti ondan ibarət idi ki, bu imtahana heç cür müdaxilə etmək olmur. Amma testin mənfi tərəfləri də var. Bu gənclərdə əzbərçiliyə, şablona meyl yaradır. Məhz bununla əlaqədar olaraq biz 2012 -ci ildən imtahanları 2 mərhələli formada keçirməyə qərar verdik. Məqsəd tələbələrin məntiqi təfəkkürünü, onların düşüncə tərzini inkişaf etdirmək idi.  Universitetimizdə bu gün baş verən hadisənin səbəbi də anlaşılmazlıqdır. Ötən şənbə universitetimizdə dekanların, kafedra müdirlərinin iştirakı ilə iclas keçirilib və imtahan formaları müzakirə olunub. Müzakirələr zamanı imtahanların test üsulu və yazlı aparılmasına dair fikirlər səsləndirilib. Bu sadəcə olaraq ilkin müzakirə olub. Biz test üsulunun ləğv olunmasına dair heç bir rəsmi qərar verməmişik. Bu qərarın verilməsi üçün Elmi Şuranın razılığı və Təhsil Nazirliyinin icazəsi olmalıdır. Biz yaxın günlərdə universitetimizin 10 fakültəsinin müəllim və tələbə heyəti ilə görüşlər keçirib  onların fikrini dinləyəcəyik.

Universitetin rəhbərliyi hər bir fakültə ilə ayrıca görüş keçirəcək. Onlar dinləniləcək, rəyləri nəzərə alınacaq və lazımi qərar qəbul olunacaq”.

Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO