Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

Hazırda oxunan: Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

643354

Altı ay öncə Tbilisidə kirayə yaşadığı mənzildə meyiti tapılan 23 yaşlı soydaşımızın ailə üzvləri və yaxınları Gürcüstanın Baş Prokurorluğu qarşısında aksiya keçiriblər. Buna səbəb Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan Aysunun ölüm səbəbinin aprel ayından bu günədək hələ də açılmamasıdır.

Bizim.Media xəbər verir ki, ailə Aysun Quluyeva ilə ölümündən əvvəl danışdıqlarını və davranışlarında hər hansı qeyri-adi halın müşahidə edilmədiyini deyir. Aysun ilə hal-əhval tutan yaxınları çox keçmir ki, onun ölüm xəbərini alırlar.

Gecə saat 02:00 radələrində ailə üzvlərinə zəng edilərək qızlarının hamam otağında asılmış vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə istintaq aparılır. Aysunun valideynləri isə onun başqaları tərəfindən öldürülməsi ilə bağlı bir sıra sübutların olduğunu deyirlər.
 

“Övladımı öldürüblər, altı aydır ki, ədalət tələb edirəm. Hər dəfə müraciət edəndə yalanlarla qarşılaşıram. Evin qapısında iki kilid var idi. Aşağıda yerləşən kilidi açıb evə daxil olan cinayətkarlar köhnə olan yuxarı kilidi həmin gün dəyişiblər. Evə təzə üç açar atıblar, onları da polislərə təhvil vermişəm. Kilidin yeni dəyişdirildiyi aydın görünür. Bütün bunları bilirlər.


Övladımın ölüm səbəbini açmaq istəmirlər. Əlimdə sübutlar çoxdur. Mən ədalət tələb edirəm”, – mərhumun atası Tural Quluyev söyləyib. 

Daha ətraflı BakuTV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO