“Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm biz, həm Azərbaycan xalqı, həm də digər müsəlmanlar üçün önəmlidir. Fikrimcə, azərbaycanlılar öz əqidə və inanclarının qorunması üçün ölkələrinin mənafeyinin tələb etdiyi şəkildə öz səslərini hökumətlərinə ən yaxşı formada necə çatdırmağı yaxşı bilirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai brifinqdə çıxışı zamanı bildirib.
“Azərbaycan yaxşı münasibətlərə malik olduğumuz, aramızda dostluq və qardaşlıq əlaqələri olan ölkədir.
Ümid edirik ki, Azərbaycanda sözügedən məsələ qarşılıqlı anlaşma şəraitində ümumi dəyərlər və xalqın əsas hüquqlarına hörmət nəzərə alınmaqla öz həllini tapacaq”, - deyə Bəqai əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:14 / 20.10.2026
İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO
Hazırda oxunan: İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO
Hazırda oxunan: İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO
643303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































