Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

Hazırda oxunan: Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

643342

Fransanın Limoj şəhərində kütləvi etirazlar zamanı talan edilmiş “Lacoste” mağazasından iki polis əməkdaşının idman ayaqqabıları götürdüyü iddia olunur.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları ayaqqabıları götürərək xidməti çantalarına qoyarkən videoya düşüblər.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra polis onların həqiqiliyini təsdiqləyib. Bununla belə, qurum əməkdaşların məhkəmə polisinin göstərişi əsasında hərəkət etdiklərini bildirib.

Rəsmi açıqlamaya görə, ayaqqabılar istintaq məqsədilə götürülüb və sonradan mağazaya qaytarılmalıdır.
 

Qeyd edək ki, Fransada kütləvi etirazlar fonunda təxminən 2400 nəfər saxlanılıb. Onlardan bəziləri artıq həbs cəzasına məhkum edilib. İğtişaşlar zamanı azı 3 min ticarət obyektinin talan edildiyi bildirilir.


Polis bundan sonra daha sərt tədbirlər görəcəyini açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO