Ruslan Bəşirli Pərviz Həşimlini müdafiə etdi

Ruslan Bəşirli Pərviz Həşimlini müdafiə etdi

Hazırda oxunan: Ruslan Bəşirli Pərviz Həşimlini müdafiə etdi

34013

                                            

Dünən MTN tərəfindən saxlanılan Moderator.az xəbər portalının direktoru Pərviz Həşimliyə cəmiyyətin müxtəlif təbəqələrindən dəstək bəyanatları gəlməkdədir. Avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli də həmkarı Pərviz Həşimlini müdafiə edən şəxslərin sırasına qoşulub. R.Bəşirlinin bildirdiyinə görə Pərviz Həşimliyə qarşı irəli sürülən ittihamlar çox şübhəlidir:

“Biz bu hadisə baş verən andan prosesləri diqqət mərkəzində saxlamaqdayıq, elan olunan ittihamlarla da tanışıq. Hesab edirəm ki, bu ittihamlar şübhəlidir və P.Həşimliyə “yapışmır”.Bu ittihamlar ilk baxışdan saxta olması təəsüratı yaradır. Biz mətbu orqan olaraq Pərviz Həşimlinin istintaqını cəmiyyətə tam düzgün formada çatdıracağıq və bütün həmkarlarımıza bunu məsləhət bilərdim. Pərviz Həşimli bu günə qədər həbs olunan bir çox jurnalistlərin müdafiəsinə qalxıb. Hesab edirəm ki, bütün mətbuat orqanlar Pərviz Həşimlinin həbsini diqqətdə saxlamalı və onun müdafiəsi üçün əlindən gələni əsirgəməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO