"İstanbulda bəzi polis əməkdaşları imtahandan uğurla çıxa bilmədi..."

Hazırda oxunan: "İstanbulda bəzi polis əməkdaşları imtahandan uğurla çıxa bilmədi..."

142699

“Qardaş Türkiyə respublikasında dünən gecə saatlarında baş vermiş məlum terror hadisələri zamanı həlak olan bütün qardaş və bacılarımıza Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Hesab edirəm ki, baş verənlər bir daha istər Türkiyədə olsun, istərsə də dünyanın istənilən nöqətəsində hüquq mühafizə orqanlarının bu cinayətlə mübarizə işlərini daha da təkmilləşdirməyi, sərtləşdirməyi gündəmə gətirdi. Mən başa düşürəm ki, terror təşkilatları, qrupları da boş dayanmırlar. Amma, hər halda dövlətlərin maddi və mənəvi resursları bu cılız və sayları o qədər də çox olmayan qruplaşmaların imkanlarından qat-qat çoxdur və genişdir”x9d.


Bunu Moderator.az-a açıqlamasında tanınmış hərbi ekspert Üzeir Cəfərov dünən gecə Türkiyədə baş vermiş terror hadisələrinə münasibət bildirərkən deyib.


Ü.Cəfərov terror hadisələri zamanı polisin işinin öhdəsindən layiqincə gələ bilmədiyini vurğulayıb: “Şəxsi qənaətimə görə, dünən baş vermiş faciəli hadisələr zamanı Türkiyə polisinin bəzi üzvləri öhədlərinə düşən vəzifələri tam yerinə yetirə bilmədilər. Təkcə bombalı şəxsi zərərsizləşdirdikdən sonra ona imkan verməyin özü böyük bir bağışlanılmaz səhv idi. Polis ağır cinayətkarı məhv etmək və zərərsizləşdirmək əvəzinə ona şərait yaratdı ki, o murdar partlayıcı maddəni hərəkətə gətirsin. Siz kadrlara diqqətlə baxsanız, görərsiniz ki, polis hadisə yerindən uzaqlaşdıqdan 3-5 saniyə sonra murdar terrorist partlayıcını işə sala bildi. Çox təssüf ki, Azərbaycandakı bəzi tanınmış dostlarımız da polisin hərəkətinin guya qanun çərçivəsində olmasını qeyd etməkdən çəkinmədilər. Xeyr və bir daha xeyr. Görün, bir nəfər polisin öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi hansı fəlakətlərə gətirib çıxartdı.

Bəzən Amerikada polis, hətta vəzifəsini itirəcəyini bilə-bilə silahlı canini, teroristi anındaca zərərsizləşdirir, bununla da öz vəzifə və vicdan borcundan çıxmış olur. Amma dünən İstanbulda bəzi polis əməkdaşları imtahandan uğurla çıxa bilmədilər. Çox təəssüf. Bundan ciddi nəticə çıxarmaq lazımdır”x9d.

 

Rumiyyə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO