Ermənistan İsraildən Azərbaycana silah satmamağı tələb edir

Ermənistan İsraildən Azərbaycana silah satmamağı tələb edir

Hazırda oxunan: Ermənistan İsraildən Azərbaycana silah satmamağı tələb edir

131285
Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası təqdim etmək üçün ötən həftə Yerusəlimə gedib.

Bu barədə yerli “Haaretz”x9d qəzeti yazıb.

Məlumata görə, XİN-in “Avrasiya”x9d şöbəsinin rəhbəri Dan Oriyanın aldığı sənəddə Azərbaycana silah tədarükünün dayandırılması tələbi yer alıb.

XİN-dəki yüksək vəzifəli mənbənin nəşrə verdiyi məlumata görə, sənəddə, xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.

“Haaretz”x9d yazır ki, Melkonyan İsrail diplomatları ilə söhbətinin məzmunu barədə məlumat verməkdən imtina edib. Eyni zamanda o, qəzetin məlumatında göstərilən detalları da təkzib etməyib.

İsrail XİN-in mətbuat xidməti bu barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və “Israel Aircraft Industries”x9d (IAI) şirkəti arasında “Harop”x9d kamikadze-dronlarının tədarükünə dair böyük müqavilə imzalanıb.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO