Kürdlərin liderinin ermənilərə dəstəyi ölkəmizdə hiddətlə qarşılanıb; deputatlarımız onunla bağlı Türkiyəyə müraciət edə bilərlər
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın 4 günlük Azərbaycan-Ermənistan savaşında düşmən ölkəni dəstəkləyən bəyanatla çıxış etməsi cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanıb. Zaman-zaman Türkiyə əleyhinə çıxışlar edən, Türkiyə-Rusiya münasibətlərində şimal qonşumuzu müdafiə edən kürdlərin lideri bir daha əsl simasını göstərdi. Özü də Türkiyənin qardaş ölkəsinə qarşı...
Türkiyə Böyük Millət Məclisindəki çıxışında HDP lideri erməniləri bu şəkildə müdafiə edib: “Türkiyə hökuməti bu yanğını körükləyir. Qarabağ muxtar bölgədir, oradakı insanlar necə istəyirlərsə, elə yaşamalıdırlar. Onların istəklərinə hörmət edilməlidir. Bu məsələ hərbi yolla yox, sülh yolu ilə həllini tapmalıdır. Hazırda Qafqazda yeni savaş xa0bir qətliama səbəb ola bilər. Lütfən, bu savaşı dayandırın”x9d.
Göründüyü kimi, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bilə-bilə Dəmirtaş erməniləri müdafiə etdiyini gizlətməyib. Əslinə qalsa, onun maskası çoxdan cırılıb. Türkiyə-Rusiya arasında davam edən gərgin münasibətlərdə Rusiyaya səfər edən və açıq şəkildə Moskvada qardaş ölkəmizin əleyhinə fikirlər səsləndirən kürdlərin liderindən ermənilərə dəstək verilməsində təəccüblü heç nə də yoxdur. Amma maraqlıdır. Türkiyə dövləti və cəmiyyəti onun bu cür sərsəm mövqelərinə nə üçün dözür? Bu sual hər kəsi düşündürür.xa0
Azərbaycan parlamentində Dəmirtaş sayağı şəxs təmsil olunsaydı, deputatlarımız nə edərdilər?
İqtidaryönlü deputat Fəzail Ağamalı Dəmirtaş məsələsinin daim problem yaratdığını söylədi: “Türkiyənin imkanlarından istifadə edəsən, mandat qazanasan, amma bundan qardaş ölkəyə qarşı istifadə edəsən. Əlbəttə böyük anormallıqdır. Məndə olan məlumata görə, bununla bağlı artıq Türkiyədə araşdırma aparılır. Onun haqqında cinayət işi açılıb. Bu proses davam edir. Türkiyənin diqqətindən bu məsələ kənarda deyil. Əslində Dəmirtaş Öcalandan da təhlükəli simadır. Çünki Öcalan dağlarda döyüşürdüsə, yarıgizli, ayrıaçıq fəaliyyətini həyata keçirirdisə, amma Dəmirtaş faktiki parlamentdə əyləşərək, terroru, terrorçunu dəstəkləyir, Türkiyənin dövlət maraqlarına zidd addımlar atır. Dəmirtaş PKK-nı dəstəkləyən Rusiya ilə faktiki əlaqələr yaradır, oradan təlimatlar alır. Bu azmış kimi, indi də türk millətinin və dövlətinin Qarabağla bağlı istəklərinin ziddinə olaraq, ermənilərlə bərabər olduğunu ortaya qoydu. Buradan çıxan nəticə ondan ibarətdir ki, Dəmirtaş PKK-nı dəstəkləyən şəxslər və dövlətlərlə birlikdə hərəkət edən şəxsdir. Türkiyə dövləti bununla bağlı qanunlar çərçivəsində konkret addımlar atmalıdır. Bu şəxs qırmızı xətti keçməklə, həddini aşmaqdadır”x9d.
“Milli Məclisdə bu tipli həmkarınız olsaydı, sizlər hansı addımı atardınız?”x9d sualımıza deputat belə cavab verdi: “Yəqin ki, o şəxs çoxdan mandatını itirmiş sayılardı. Cinayət məsuliyyətinə cəlb olunub, Qobustanda çayxanada çalışardı”x9d.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Dəmirtaşın bölücü bir quruma rəhbərlik etdiyini bildirdi: “Onun Moskva səfəri zamanı etirazlar olmuşdu. Rusiyada Türkiyə əleyhinə danışıqlar aparan şəxsdir. Bu hərəkətindən aydın olur ki, Azərbaycan və Türkiyənin ortaq düşmənləri var. Hər iki dövlətə qarşı oxşarı ssenarilər həyata keçirirlər. Belə şəxslər barəsində dərhal müvafiq addımların atılmasının tərəfdarıyam. Dəmirtaş və bu tipli şəxslər barəsində Türkiyə parlamentində dəfələrlə müzakirələr aparılıb, MHP və CHP kimi müxalif partiyalar öz iradlarını bildiriblər. Amma hələ ki belə fikirlər bəyanat şəklində qalıb. Əgər bu gün Azərbaycan parlamentində Türkiyəyə qarşı sərt fikirlər səslənsəydi, əlbəttə sərt cavablar verərdik. Düşünürəm ki, Türkiyədə də bu tipli cavablar olmalıdır. Dəmirtaşın son bəyanatının Milli Məclisdə müzakirə olunması labüddür. Bununla bağlı Türkiyə parlamentinə də müraciət edə bilərik. Dəmirtaşın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı tədbir görülməsi üçün. Türkiyə və Azərbaycanın ortaq düşməninə dəstək verən şəxs, hər iki dövlətin düşməni sayılır. Hansı ölkədə yaşamasından asılı olmayaraq”x9d.(musavat.com)




































































































