Qarabağı azad etmək istəyən türk hərbçilərinə Azərbaycanda kimlər mane oldu?

Qarabağı azad etmək istəyən türk hərbçilərinə Azərbaycanda kimlər mane oldu?

Hazırda oxunan: Qarabağı azad etmək istəyən türk hərbçilərinə Azərbaycanda kimlər mane oldu?

124455
“Yeni Müsavat”x9d qəzetində dərc olunmuş “Elçibəy iqtidarının fevral səhvləri”x9d sərlövhəli yazı keçmiş müdafiə naziri Rəhim Qazıyevin qəzəbinə səbəb olub və o, saytımıza göndərdiyi yazıda Elçibəy komandasının bir çox üzvləri haqqında ciddi ittihamlar irəli sürüb. 

“Yeni Müsavat”x9dda gedən həmin yazının müəllifinin Elçibəy iqtidarının hakimiyyətdən getməsinə səbəb olan əsas fiqur kimi Surət Hüseyinovu qabartması Rəhim Qazıyevi əsəbiləşdirib və o da öz növbəsində əks-arqumentlərlə kimin daha çox günahkar olduğunu sübuta yetirməyə çalışıb. 

Moderator.az mövzunun aktuallığını nəzərə alaraq Elçibəy hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseyninin Milli Məclisin 4 iyun 1993-cü il Gəncə hadisələrini təhqiq edən deputat-istintaq komissiyasına təqdim etdiyi materialdan hissələr təqdim edəcək. Bu materialdan parçalar 1993-cü ildə mətbuatda "Cinayətimiz məğlubiyyətimizdir" sərlövhəsi ilə dərc olunub və böyük rezonansa səbəb olub.

Əminik ki, ayıq oxucu bu hissələri oxuyandan sonra özü üçün çox məqamları dəqiqləşdirəcək. 



"... Xeyli vəzifəli şəxs təsdiq edə bilər ki, türk hərbi mütəxəssisləri (onların bir neçəsini çoxları tanıyır) Azərbaycan ordusunun vəziyyəti ilə tanış olduqdan sonra bütün hücum əməliyyatlarını dayandırmağı və həqiqi nizami ordu qurmaq üçün lazım gəlsə, ermənilərlə atəşkəs barədə razılığa gəlməyi təklif etdilər. Prezidentin hərbi müşaviri Yaşar Paşa Müdafiə Komitəsinin iclasında həmin hərbçilərin mövqeyini ifadə edərək ağlamaq həddinə gəlib çatmışdı və dəfələrlə Rəhim Qazıyev onunla təhqiramiz şəkildə davranıb dalaşmışdı. Türk hərbi mütəxəssislərini ən çox narahat edən qəbul olunmuş hərbi texnikanın səmərəsiz məhv edilməsi, silahların zay edilməsi, hərbi təlim görməmiş çağırışçıların döyüşə göndərilərkən qırılması idi. Hətta bizim üçün nisbətən uğurlu olan sentyabr, oktyabr aylarında türk hərbi müşavirləri təxminən 4-5 ay sonra fəlakət olacağını dönə-dönə təkrar edib, hadisələrin gedişini dəyişməyə çalışırdılar. Lakin nə prezident, nə Dövlət Müdafiə Komitəsi, nə də Müdafiə Nazirliyi və onun baş qərargahı hərbi sahəyə müdaxilə edə bilmirdi. 

Yeri gəlmişkən Laçın əməliyyatının sonradan təhlili göstərdi ki, (təbii ki, bizim bu əməliyyatdan əvvəlcədən xəbərimiz yox idi) həmin əməliyyat əvvəlcədən məğlubiyyətı məhkum idi. Ümumiyyətlə, bu məğlubiyyətin əsası Ağdərə əməliyyatı zamanı qoyulmuşdu. Cəmi 6 nəfər kişi ilə bütöv bir rayonu boşaldan hərbi hissələr, sonradan Drombon, Aterk kimi alınmaz istehkamları götürən qoşun bir qədər də irəli gedib Srxavəndi də azad edib, ordakı çayın o biri tərəfinə keçsəydi, hər şey qurtarmışdı. Lakin bunun əvəzində həmin bölgədəki hərbi hissələri birdən-birə (Kəlbəcər istiqamətindəki briqadanı) götürüb Laçın əməliyyatına cəlb edib orda məhv etmək əsl cinayət kimi meydana çıxır, hətta Laçın götürülsə belə həmin yeri əldə saxlamaq müşkül məsələ idi. Biz artıq Rəhim Qazıyevə "kömək" edən rus hərbi mütəxəssisləri barədə şübhələrimizi ona açıq bildirirdik. Burda artıq başa düşülməməli heç nə yox idi. Çox sürətlə hərbi texnikanı və külli silahı R.Qazıyevə təhvil vermək, sonra onları döyüşə cəlb edib məhv etmək, həm də nizami ordu yaradılmasının qarşısını almaq, həm də Azərbaycanın külli miqdarda pulunu mənimsəmək... R. Qazıyev Moskvaya və Gəncəyə nə qədər pul, qızıl daşıyıb bir Allah bilir. Onun özünə haqq qazandırmaq üçün dediyi o idi və indi də odur ki, əvəzində su qiymətinə texnika və silah alıb. Ancaq indi hansı o silah və texnika, bütün məsələnin mahiyyəti bundadır. 

Dekabrıb (1992) ortalarında keçirilməsi nəzərdə tutulmuş əməliyyatı R.Qazıyev bir ay da uzatdı. Çünki ordu hazır deyildi və hazır da ola bilməzdi. 

Həmin dövrdə S. Hüseynovun əsas üstünlüklərindən biri, aviasiya da öz əhəmiyyətini itirməyə başlamışdı. Ermənilər rusların köməyi ilə hava hücumundan müdafiə qurğuları yaratmaqla aviasiyanı neytallaşdırmışlar. Həm də bizə məlumat gəlirdi ki, xüsusən erməni vertolyotlarının vurulması ilə bağlı güclü pripiska başlanıb. Yəqin ki, çoxları xatırlayır ki, bir həftədə guya ondan çox vertolyot vurulmuşdur. Bu vertolyot vurulmasına görə çox böyük mükafat ayrılması ilə bağlı pripiska idi. 

Artıq uçuşlar qorxulu olduğundan təyyarəçilər bombaları hara gəldi atırdılar və bu bombaların çoxu artıq Füzulinin, Ağdamın, yaxud öz səngərlərimizin üzərində partlamağa başlamışdı. Ermənilər bir dəfə də olsun bizə aviasiya hücumu etməyib. Azərbaycanlı təyyarəçilər bizə məsləhət görmüşdülər ki, təyyarələrə bomba atılan zaman onun uçuşunu və hara düşməsini fotoya çəkən aparatın olub-olmadığını yoxlayaq. Bir təyyarədə də belə bir aparat yox idi və indi də yoxdur. Əvəzində isə xarici muzdulara 5 min pul verilirdi. 

Yanvar əməliyyatı Laçın əməliyyatından daha dəhşətli məğlubiyyətlə qurtardı. Artıq bu əməliyyatda ruslardan alınan texnika, silah, aviasiyanın qalıqları məhv edildi. Bütüh hərbi hissələr əzildi. R.Qazıyev axırıncı dəfə özü məcbur olub Ağdərədə olarkən Ali Hərbi Məktəbin 1-ci kursunu döyüşə cəlb etmək haqqında əmr vermişdi. İndi isə deyir ki, həmin əməliyyat xəyanət nəticəsində (AXC-nin 9 fevral bəyanatını nəzərdə tutur) pozulub. 9 fevralda hər şey artıq qurtarmışdı. R. Qazıyev ordusuz, silahsız, texnikasız qoymuşdu respublikanı. 

Bütün bunlar barədə Milli Məclisin qapalı iclaslarında ətraflı danışılmışdır və indi həmin iclasların materiallarını çap etmək lazımdır ki, xalq həqiqəti bilsin. O cümlədən R.Qazıyevin həmin dövrdə ruslarla telefon danışıqlarını da. 

Yeri gəlmişkən, R.Qazıyev Milli Məclisin həmin iclasında istefa ərizəsi verdikdən sonra (artıq neçənci dəfə) yenidən Gəncəyə getdim, Moskva və Şerbakın təkidindən sonra prezidentə zəng edib demişdi ki, Şerbak söz verir ki, 1 ay yarıma yeni hərbi hissələr hazırlamaq üçün zabitlər verəcək. Prezident mənə dedi ki, R.Qazıyev deyib ki, artıq ruslarla iş görməyəcək. R.Qazıyev deyib ki, onda mən gedim Şəkiyə. Prezident deyib ki, get. Prezident həmin gün saat 9-10 arası (səhər) mənə zəng edib dedi ki, fərmanı hazırlatdır. Mən ondan bu tələskənliyin səbəbini soruşanda cavab verdi ki, bu, deyəsən fikrini dəyişib. 

Məhz yanvar-fevral əməliyyatlarından sonra rəhbərlik S.Hüseynovun istefa məsələsini qoydu. Çünki o, artıq ikinci dəfə məğlub olmuşdu...

Ardı var...   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO