"Bu işə dəstək verənlər ermənidən betər düşməndir"

Hazırda oxunan: "Bu işə dəstək verənlər ermənidən betər düşməndir"

123005
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğludan sabiq deputat Şahlar Əsgərova dəstək gəlib.

Moderator.az-a danışan E.Sabiroğlu bildirib ki, keçmiş deputat yoldaşı Şahlar Əsgərovun dediklərinə haqq qazandırır: “Heç bir ayrı-seçkilik etmədən bu ölkədə, bu vətəndə yaşayan hər bir millətin nümayəndəsinə eyni gözlə baxılmalıdır. Onlar bir ağacın eyni budaqlarıdır, budaqları budamaq da kökə balta saplamaq kimidir. Azərbaycanda əsrlərlə yaşayan millətlərin nümayəndələrinin hüquqları bərabərdir və onlar bizimlə bərabər, eyni haqqa malikdirlər. Ləzginin də, talışın da, kürdün də eyni amallar uğrunda birləşməsinin canlı şahidləriyik. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyası bu milli məsələdə çox böyük əhəmiyyətli rol oynayıb və müstəqil Azərbaycanın möhkəmlənməsinə öz töhfəsini verib. Bunun ən parlaq nümunəsini isə Dağlıq Qarabağ savaşında gördük. Milliyətindən asılı olmayaraq hər kəs bu savaşda öz canını fəda etməyə hazır idi. Onları fərqləndirə bilmərik. O Azərbaycan qəhrəmanlarının əziz ruhu hamımız üçün müqəddəsdir. Dayım oğlu Fazil Quliyev Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olub. O, Qərbi Azərbaycanda doğulmuşdu, vətən və həyat borcunu isə silaha sarılaraq Kəlbəcərdə verdi. Biz onun ruhunu həmişə əziz tuturuq. İnsanları yurda, bölgəyə görə bölmək olmaz. Bunun zamanında bizə vurduğu ziyanları görmüşük. Ona görə də təkrar olaraq bir daha belə məsələləri dilə gətirmək, səsləndimək bizə yaraşmaz. Dünya bir-birinə qarışıb. Azərbaycanın qabaqda ən böyük dərdi olan Qarabağın erməni işğalından azad edilməsi dayanır. Milliyətindən asılı olmayaraq hər kəs çiyin-çiyinə söykənərək torpaqlarımızı yağı düşməndən azad etməliyik. Bu gün kürdün də, talışın da, ləzginin də və digər millətlərin də Azərbaycançılıq ideyası ətrafında birləşməsi ən mühüm şərtlərdən biridir. Mən belə başa düşürəm və keçmiş deputat yoldaşım Şahlar Əsgərovun dediklərinə haqq qazandırıram. Bölücülük Azərbaycana heç bir xeyir gətirəsi deyil. Bu işə dəstək verən şəxslər varsa belə onlar Azərbaycanın bir nömrəli, ermənidən betər düşmənidir”x9d.xa0

Qeyd edək ki, Şahlar Əsgərov mətbuata açıqlamasında doğulduğu bölgəyə, mənsub olduğu millətə görə azərbaycanlılar arasında ayrı-seçkilik hallarına yol verildiyindən danışıb. xa0

Rumiyyəxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO