"Kimsə Elçin Əlibəylinin aparıcılıq qabiliyyətinə şübhə edə bilər?"

Hazırda oxunan: "Kimsə Elçin Əlibəylinin aparıcılıq qabiliyyətinə şübhə edə bilər?"

111053
Moderator.az-ın suallarını televiziya mütəxəssisi, AMEA-nın Dilçilik institutunun şöbə müdiri, professor Qulu Məhərrəmli cavablandırır.

- MTRŞ-nın sədr müavini Qafar Cəbiyevxa0 deyib ki, televiziyalarda çalışan aparıcılardan əksəriyyətinin nitqində qüsur var. Qafar müəllim nə dərəcədə haqlıdır?

- Təbii ki, Qafar müəllim aparılan monitorinqin nəticələrinə, konkret faktlara əsaslanaraq belə fikir söyləyib Həm də görünür, bu dəfə adların çoxluğu onu belə bir qənaətə gətirib, ola bilər ki, monitorinq aparılan sentyabr-oktyabr aylarında, həqiqətən dil pozuntusu çox olub. Mən demirəm ki, bu ideal monitorinqdir, amma faktlar və çıxarılan nəticələr çox məyusedicidir.

- Bəs Siz həm televiziya işini yaxşı bilən bir peşəkar, həm də ekran-efir dili sahəsində nüfuzlu mütəxəssis kimi dogrudanmı belə hesab edirsiniz ki, aparıcıların əksəriyyətinin dili qüsurludur?

- Əlbəttə, təəssüf etmək lazım gəlir ki, teleradiomuzda dil qüsurlarına tez-tez rast gəlirik. Amma mən bu fikirdə deyiləm ki, ümumiyyətlə, televiziyalarda çalışan aparıcıların əksəriyyətinin nitqi qüsurludur. Burada qurunun oduna yaşı yandırmaq olmaz. Bizim, xüsusən xəbər sahəsində mətləbi səlis çatdıran yaxşı aparıcılarımız az deyil.

- Monitorinqin nəticələri çox aparıcını narazı salıb, siyahıya çox adlar düşüb, heç bununla bağlı şəxsən sizə etiraz edən olubmu?

- Məni yanlış olaraq monitorinqin əsas fiquru hesab edən bir-iki dostumuz ərklə narazılıq edib, vəziyyəti aydınlaşdırdıqdan sonra üzr istəyiblər, amma dediyinin üstündə bərk duranlar, bu işdə qərəz axtaranlar da olub. Mən bəzi tələbələrimizin, hətta bir aspirantımın adının bu siyahıda olmasına çox təəccübləndim, çünki onları çox hazırlıqlı və yetkin reportyor-aparıcı sayıram. Amma monitorinqin də obyektiv və qərəzsiz aparılmasına şübhə edə bilmərəm, efirə çıxan aparıcı konkret bir məqamda formada olmaya bilər. Əsas odur ki, göstərilən nöqsanlar tərzə çevrilməsin. Onu da deyim ki, bəzi TV-lərdən zəng edən gənc aparıcıların dil bilgisi, intellektual səviyyəsi və yüksək ünsiyyət mədəniyyəti mənə belə qənaətə gəlməyə əsas verdi ki, biz bu sahədə çox da ümidsiz olmamalıyıq.

- Monitorinqdə Elçin Əlibəyli kimi tanınmış aparıcıların da adıları çəkilib. O da məsələyə kəskin reaksiya verib, hətta Dilçilik İnstitutunun ünvanına kəskin və təhqiramiz status yazıb.

- Lap düzünü deyim ki,xa0 Elçinin adının bu siyahıda olması mənim üçün sürprizdi, çünki bütövlükdə onun səsinin tembri də, diksiyası da, oxu və danışıq tərzi dəxa0 yaxşıdır. Digət tərəfdən, onun opponenti olmuşam və intellektinə də bələdəm. Televiziya sahəsində söhbət eləmək üçün tək-tük maraqlı insanlardan biridir, yaxşı da münasibətlərimiz var. Məsələn, mən hansısa dil qüsuruna görə onun adını siyahıya salmazdım. Amma indixa0 yazıblar də, neynəmək olar? Bəyəm buna görə kimsə Elçinin aparıcılıq qabiliyyətinə şübhə edə bilər? Ona görə də hesab edirəm ki, Elçinin belə reaksiyası adekvat deyil, statusunda işlətdiyi ifadələri isə heç ona yaraşdırmadım.

- Sizcə bu monitorinqlərin bir xeyri olur?

- Mən demirəm ki, bu monitorinqlər ideal şəkildə aparılır, amma bunlar ekran-efir dilində gedən prosesləri dəqiq göstəirir, dilimizin ümumi inkişaf mənzərəsini görməyə imkan verir. Həm də bu monitorinqlərin nəticələri, həm elmi-tədqiqat işləri üçün zəngin material verir, həm də dil qüsurlarını vaxtında görüb aradan qaldırmağa kömək edir. Ən əsası odur ki, ağıllı aparıcı və reportyorlar özləri üçün müəyyən nəticələr çıxarır, səhhvlərini düzəltməyə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO