"İslah olunan şəxsi vətəndaşlıqdan necə məhrum etmək olar?!" - Vəkildən ciddi etiraz

Hazırda oxunan: "İslah olunan şəxsi vətəndaşlıqdan necə məhrum etmək olar?!" - Vəkildən ciddi etiraz

109541
“Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasının vətəndaşları vətəndaşlıqdan məhrum edilə bilməzlər”x9d.

Bunu Moderator.az-a açıqlamasında vəkil Vamiq Şükürov bildirib. 

Vəkil deyib ki, bu həmçinin vətəndaşlıq haqqında qanuna da ziddir: “Azərbaycan xalqının 1995-ci ilin noyabr ayının 12-də referendum yolu ilə qəbul etdiyi Konstitusiya əsas dövlət qanunudur, bütün qanunlardan üstün olan bir sənəddir. Və Konstitusiyaya görə də Azərbaycan Respublikasının vətəndaşları heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməzlər, ölkədən qovula bilməzlər. Azərbaycan dövləti onaların ümumi ayrılmaz və bölünməz vətənidir. O cümlədən də hazırkı vətəndaşlıq haqqında qanunda da vətəndaşlıqdan məhrumetmə halı yoxdur və bu ola da bilməz. Vətəndaş cinayət törətdikdə məhkəmələr tərəfindən mühakimə olunur və cəzalandırılır”x9d.
Vamiq Şükürov onu da bildirib ki, vətəndaşlıqdan məhrum etmə şəxsin eyni cinayətə görə iki dəfə cəzalandırılmasıdır və Azərbaycan qanunlarında birmənalı şəkildə buna yol verilmir: “Şəxsin özünün cəzalandırılması artıq cinayət qanunvericiliyinə görə onun islah olunmasıdır. Cəzanın məqsədi şəxsin istismar olunaraq yenidən cəmiyyətə qaytarılmasıdır. Əgər hər hansısa bir terrorçuluq fəaliyyəti ilə məşğul olan şəxs məhkəmə tərəfindən mühakimə olunub azadlıqdan məhrum olunursa və öz cəzasını çəkirsə bu o deməkdir ki, o, artıq cəzasını çəkərək islah olundu. Həmin şəxsin vətəndaşlıqdan məhrum edilməsi isə artıq ona bir cəzanın verilməsidir, həm də  cinayət qanununun məqsədlərinə ziddir. Çünki həmin şəxs artıq islah olunur, islah olunduqdan sonra vətəndaşlıqdan necə məhrum etmək olar?! Digər tərəfdən isə vətəndaşlıqdan məhrumetməni bir cəza kimi nəzərə alsaq bu vətəndaşa əlavə bir cəzanın verilməsi sayılır. Vətəndaşa bir cinayətə görə bir dəfə cəza verilə bilər, o da ən ciddi cəza kimi azadlıqdan məhrumetmədir. Ondan əlavə vətəndaşlıqdan məhrumetmə bir cinayətə görə vətəndaşın iki dəfə cəzalandırlmasıdır ki, bu da həm Konstitusiyayla, həm də Cinayət Məcəlləsi ilə qadağandır”x9d.

Qeyd edək ki, Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”x9d qanuna dəyişiklik edilməsi müzakirə olunacaq. Layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) ediləcək. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.

Rumiyyə


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO